26 Ocak 2007 Cuma

Ay Qız Heyranın Olam

Bağa girdim üzümə,

Tikan batdı dizimə,

Əyildim çıxartmağa, balam,

Yar göründü gözümə.


Ay qız heyranın olam,

Ay qız ceyranın olam,

Gedərsən yola salam,

Qalarsan qadan alam,

Gedərsən yola salam,

Qalarsan qadan alam,


Meynədə üzüm qaldı,

Dərmədim üzüm qaldı,

Bir evdə iki bacı, balam,

Birində gözüm qaldı.


Ay qız heyranın olam,

Ay qız ceyranın olam,

Gedərsən yola salam,

Qalarsan qadan alam,

Gedərsən yola salam,

Qalarsan qadan alam,

Hiç yorum yok: